ISSN P:1810-9055 / ISSN E: 3079-8973 / DOI: 10.61638/AZLAWJL
AHJ.
← Buraxılışa qayıt

İnzibati hüquq

Publik hüquqi şəxslərin hüquq subyektliyi

Ayxan İsmayılov

Xülasə

Məqalədə ən əvvəl qeyd olunur ki, publik hüquqi şəxslər konsepsiyasının kifayət qədər yeni olması səbəbindən hüquq ədəbiyyatında publikhüquqişəxsbarəsindəəhatəlibilgilərmövcuddeyil. Bununlaəlaqədar milli qanunvericiliyin müddəaları ilə yanaşı, Fransa, Almaniya və s. ölkələrin qanunvericiliyinin bu təsisatların hüquq subyektliyi barədə təcrübəsi nəzərdən keçirilir. Qeyd olunur ki, publik hüquqi şəxs anlayışı indiki dövrdə müstəsna olaraq qanunvericiliyin əsasında yaradılan və publik funksiyalara malik hüquqi şəxslərə şamil olunur. Hazırda publik hüquqi şəxs institutu dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən funksiyaları həyata keçirir. Məhz buna görə də adi hüquqi şəxsdən fərqli olaraq o, bəzi (müflis ola bilməz; həm pulsuz, həm də pullu xidmətlər göstərə bilər; zərurət yarandıqda büdcədən maliyyələşdirilə bilər; publik hüquqi şəxsin işçiləri dövlət qulluqçuları ola bilər; adi mülki hüquqi şəxslər üçün mövcud olan məhdudiyyətlər publik hüquqi şəxslərə şamil olunmur) təminatlara malikdir.

Açar sözlər

hüquqi şəxs, hüquq subyektliyi, konsepsiya, anlayış, xüsusi hüquq, publik hüquq, institut, qanunvericilik, dövlət, orqan, hakimiyyət, şirkət, əlamətlər, funksiya.

Məqalə PDF-i

PDF oxu

PDF-i endir
PDF yüklənir…