AZƏRBAYCAN HÜQUQ JURNALI
(elmi-analitik jurnal)
Təsisçi: Bakı Dövlət Universitetinin Hüquq fakültəsi olan “Azərbaycan Hüquq Jurnalı” elmi-praktiki hüquq jurnalı olaraq 2002-ci ildən etibarən nəşr edilir.
Jurnal Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir.
Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxildir.
Jurnal 2018-ci ilədək ildə dörd dəfə, 2018-ci ildən isə ildə 3 dəfə dərc olunur.
Jurnalda hüquq elminin müxtəlif sahələri üzrə aktual nəzəri-praktiki elmi məqalələr dərc edilir. Yenilik, aktuallıq, beynəlxalq və milli normativ hüquqi sistem üçün əhəmiyyətlilik, əldə edilən nəticələr və digər mühüm amillər elmi məqalələrin Jurnala çap üçün qəbul edilməsi üzrə əsas kimi çıxış edir.
Jurnalın əsas məqsədi hüquq elminin inkişaf etdirilməsi, hüquqi maarifləndirmənin aparılması, nəzəri və praktiki biliklərin əlaqələndirilməsi və s. kimi mühüm məsələlərdən ibarətdir.
Elmi məqalələrin unikallığı anti-plagiat proqramlarında təsdiqləndikdən və müvafiq sahə üzrə tanınmış mütəxəssislərin müsbət rəyləri alındıqdan sonra çap edilmək üçün Jurnalın Redaksiya Heyətində müzakirəyə təqdim edilir, bundan sonra, Jurnalın Redaksiya Heyətinin müvafiq müsbət qərarı ilə çap edilir.
Elmi məqalələr, əsasən, Azərbaycan, ingilis, rus, o cümlədən Redaksiya Heyətinin tövsiyə etdiyi digər dillərdə çap edilir.
ISSN 1810-9055 (çap üçün)
ISSN 3079-8973 (elektron)
DOI: 10.61638/AZLAWJL