ISSN P:1810-9055 / ISSN E: 3079-8973 / DOI: 10.61638/AZLAWJL
AHJ.
← Buraxılışa qayıt

Əmək Hüququ

Dövlət qulluğu sistemində əmək müqaviləsinin tətbiqinin konstitusion əsasları

Oruc Məmmədov

Xülasə

Məqalə dövlət qulluğu sistemində əmək müqaviləsinin tətbiqinin konstitusion əsaslarına həsr edilir. Əmək müqaviləsi dövlət qulluğunun əmək hüquqi təbiətini xarakterizə edir. Əmək müqaviləsinin tərəflərindən biri dövlət orqanının rəhbəri, digəri isə dövlət qulluqçusudur. Dövlət qulluqçuları əmək müqaviləsi bağlamaqla konstitusion əmək hüququnu və dövlət qulluğu fəaliyyətini həyata keçirir. Dövlət qulluğu sistemində əmək müqaviləsinin tətbiqi mütləq xarakter daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının vətəndaşların əmək müqaviləsi hüququnu tənzim edən hər bir müddəası dövlət qulluqçularına mübahisəsiz şamil edilir. Konstitusiyanın 35-ci maddəsi (“Əmək hüququ”) dövlət qulluğu sistemində əmək müqaviləsinin tətbiqinə imperativ təsir göstərir və onun əsas prinsiplərini müəyyən edir. Konstitusiyanın 37-ci maddəsində (“İstirahət hüququ”) dövlət qulluqçularının iş günü, istirahət günü, bayram günü və ödənişli məzuniyyət hüquqlarının həyata keçirilməsinə əmək müqaviləsi vasitəsilə təminat verilir. Konstitusiyanın 55-ci maddəsi (“Dövlətin idarə olunmasında iştirak etmək hüququ”) vətəndaşların dövlət qulluğu hüququnu ehtiva edir. Dövlət qulluğu hüququ isə əmək müqaviləsi əsasında həyata keçirilir. Dövlət qulluqçularının konstitusion əmək müqaviləsi hüququ digər hüquqların həyata keçirilməsi üçün əsas təminedici, mühafizəedici və həlledici statusa malikdir.

Açar sözlər

konstitusiya hüququ, əmək hüququ, dövlət qulluğu, dövlət qulluqçusu, əmək müqaviləsi.

Məqalə PDF-i

PDF oxu

PDF-i endir
PDF yüklənir…