ISSN P:1810-9055 / ISSN E: 3079-8973 / DOI: 10.61638/AZLAWJL
AHJ.
← Back to issue

Cinayət hüququ

Transmilli cinayətlərə münasibətdə yurisdiksiyanın müəyyən edilməsinin nəzəri və praktiki aspektləri

Oruc Mürsəlov

Abstract

Məqalə müasir dövrdə iki və ya daha çox dövlətin iqtisadi, siyasi, hüquqi və digər maraqlarına qəsd edən transmilli cinayətlərə görə yurisdiksiyanın müəyyən edilməsinin nəzəri və praktiki aspektlərinin kompleks təhlilinə həsr olunmuşdur. Beynəlxalq hüquqa (xüsusən də Palermo Konvensiyasına) görə, əməl o halda transmilli xarakter daşıyır ki, bu cinayət iki və ya daha çox dövlətin ərazisində törədilsin, müvafiq fəaliyyət digər dövlətdə planlaşdırılsın və ya idarə olunsun, yaxud cinayət fəaliyyəti bir neçə dövlətdə fəaliyyət göstərən mütəşəkkil cinayətkar qrup tərəfindən həyata keçirilsin. Əməlin transmilli xarakteri eyni vaxtda ərazisində cinayət baş vermiş, cinayətdən zərər çəkmiş və cinayətkarın vətəndaşı olduğu dövlətlərin paralel olaraq cinayət işi başlamaq və yurisdiksiyaya iddia etmək hüququ yaradır və nəticədə, yurisdiksiyaların kolliziyası baş verir. Bu problemin həll edilməsi beynəlxalq hüququn qarşısında daha optimal yurisdiksiya növünün müəyyən edilməsi və daha səmərəli prinsiplərin tətbiqi öhdəliyini zəruri edir. Araşdırma və təhlillər əsasında məqalədə qeyd olunur ki, müasir dövrdə transmilli cinayətlərlə mübarizə sahəsində meydana çıxan yurisdiksiya münaqişələrinin həllinin ən optimal mexanizmi paralel yurisdiksiyanın tətbiqidir. Bu yurisdiksiya növün tətbiqi bir tərəfdən transmilli cinayətlərlə mübarizədə dövlətlərin hüquq-mühafizə və məhkəmə orqanlarının daha sıx əməkdaşlığına zəmin yaradır, digər tərəfdən isə cinayətkarların cəzasız qalmamasını təmin edir. Məqalədə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsində fərqli hüquqi təbiətə və fərqli hüquqi məsuliyyət rejiminə malik beynəlxalq və transmilli cinayətlərin yurisdiksiya şərtlərinin düzgün olmaması qənaətinə gəlinir. Təklif edilir ki, maddədə beynəlxalq cinayətlər üçün şərtsiz, transmilli cinayətlər üçün isə cinayətkarın ölkə ərazisində olmasını tələb edən şərti universal yurisdiksiya rejimi müəyyən edilməlidir.

Keywords

transmilli cinayətlər, yurisdiksiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, Palermo Konvensiyası, ərazi yurisdiksiyası, kriminal qloballaşma, universal yurisdiksiya. şərti universal yurisdiksiya, paralel yurisdiksiya.

Article PDF

Read PDF

Download PDF
Loading PDF…